Bərdədə sürücüdən heroin aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Bərdə rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdam rayon sakini Nicat Həsənov avtomobil idarə edərkən saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə və avtomobilə keçirilən baxış zamanı ümumilikdə 5 büküm heroin və marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Twitter: @GuleliyevSamir

Teqlər: