Bərdədə qadını vurub qaçan keçmiş məhkum saxlanıldı

Bərdə rayonunda avtomobil qadını vurub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bərdə
Rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər
ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə
vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat
daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011”
markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat
vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum
olunmuş S.Məmmədov saxlanılıb.

Bərdə RPŞ-də araşdırma aparılır.

Teqlər: