Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin
qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər
məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb. Onun üzərinə baxış
keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin
aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi
ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.