“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə keçirilən şahmat turniri başa çatıb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə
keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb. Cəmiyyətin
mərkəzi aparatı və törəmə müəssisələrin (“Azəralüminium” MMC,
“Azərpambıq ASK” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki”
MMC) əməkdaşları arasında təşkil olunan yarış yeddi tur üzrə
keçirilib Artıq 5 tur üzrə oyunların başa çatdığı turnirin son 2
turu – final mərhələsi “ASK Arena” idman kompleksində təşkil
olunub. İştirakçılar 1,2,3 və 4-cü yerlər uğrunda mübarizə
aparıb.

Turnir iştirakçıları və tədbirin qonaqlarını salamlayan
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran
Nəbizadə bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ümumxalq
sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz
xidmətləri ilə qazanmış və fəaliyyət göstərdiyi bütün sahələrdə
özünü lider kimi təsdiq etmişdir. Ulu öndərin Azərbaycanın idman
siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən
danışan Cəmiyyətin baş direktoru qeyd edib ki, Heydər Əliyevin
rəhbərliyi dövründə müstəqil Azərbaycan həm də bir idman ölkəsi
kimi beynəlxalq aləmdə tanınmışdır. Korporasiyanın rəhbəri bildirib
ki, çağdaş dövrümüzdə Ümummilli Liderimizin layiqli siyasi varisi
olan cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi idman
və bədən tərbiyəsinin inkişafı sahəsində də kompleks tədbirlərin
həyata keçirilməsini daim diqqətdə saxlamış, hər zaman
respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır.

Ulu öndərin əbədi xatirəsinə dərin hörmət və ehtiram əlaməti
olaraq təşkil olunan şahmat turnirinin sonunda “Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə qaliblərə
sertifikatlar təqdim edib. Baş direktor onları qələbə münasibətilə
təbrik edərək, uğurlar diləyib. Sonra Kamran Nəbizadə və 1-ci yerin
qalibi arasında yoldaşlıq görüşü keçrilib.

1-ci yerin qalibi “Azərpambıq ASK” MMC-nin əməkdaşı Məhərov
Ceyhun, 2-ci yerin qalibi “Azərpambıq ASK” MMC-nin əməkdaşı
Novruzov Bəhruz, 3-cü yerin qalibi “Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin əməkdaşı Abasov Şıxəli və 4-cü yerin qalibi
isə “Azəralüminium” MMC-nin əməkdaşı Zeynalov Arif olub.

Tədbirin sonunda Ümummilli Liderin zəngin həyat və fəaliyyətini
əks etdirən film nümayiş olunub, xatirə fotoları çəkilib.

Teqlər: