Bərdədə qadın yaşadığı evdə əri tərəfindən öldürülüb

Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini
1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il
təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: