Bərdədə polis ağır qəza törətdi – Foto

Bərdədə polis ağır qəza törətdi – Foto

Bərdədə yol qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.

Teqlər: