Bərdədə piyadanı vurub öldürən sürücü saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Bərdə rayonunda piyadanı vurub qaçan sürücü həbs edilib.

AzerTimes-ın məlumatına görə, Qasımov Müşviq Xanlar oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən rayon sakini Mustafayev Elgün Qənimət oğlunu vurub. Sürücü dərhal hadisə yerindən qaçıb. E.Mustafayev Bərdə rayon Mərkəzi Xstəxanasına yerləşdirilsə də, o aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb. Keçirilən əməliyyat – axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qasımov saxlanılıb

Teqlər: