Bərdədə məktəb binası dağılıb (FOTO)

Bərdə. Trend:

Bərdə rayonunda məktəb binasının bir hissəsi dağılıb.

AzerTimes-ın məlumatına görə, hadisə Bərdə rayonu Mehdili tam orta məktəbində baş verib.

Bərdə Rayon İcra Hakimiyyətinin Mehdili kənd icra nümayəndəsi Rəhim Kazımovun AzerTimes-a verdiyi açıqlamada məktəb binasının 3 gündür ki, hissə-hissə dağıldığı qeyd olunur: “Sonuncu uçqun idman zalında baş verib, xəsarət alan olmayıb. 31 müəllim, 11 texniki işçi, 200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanılacaq.”

R.Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün müvəqqəti olaraq, modul tipli hazır sinif otaqları gətiriləcək.

Teqlər: