Bərdədə məcburi köçkün silahla yaxalandı

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli
bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis
əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon
sakini Mütalif Abbasov saxlanılıb. Onun Bərdə rayonunun Qaradəmirçi
kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı
tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam
etdirilir.

Teqlər: