Bərdədə kişi salonu yanaraq külə dönüb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bərdədə kişi salonu yanaraq külə dönüb.

AzerTimes-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, bərbərxanada elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa zamanda genişlənib.


Əraziya FHN-nin Bərdə rayon yanğınsöndürmə birqadası çağırılıb. Qısa zamanda yanğın söndürülüb. Ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da bərbərxanaya ziyan dəyib.

Teqlər: