Bərdədə kişi arvadının evini yandırdı

Bərdədə kişi arvadının evini yandırdı

Bərdədə kişi arvadının evini yandırıb.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü Şikar Nurəddin oğlu Abdullayev ondan boşanmaq istəyən həyat yoldaşı Cəmilə Firdovsi qızı Kərimovaya məxsus olan evi yandırıb.

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verdiyi üçün Cəmilə Məmmədova boşanmaqla bağlı məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.

Teqlər: