Bərdədə keçmiş məcburi köçkün ailəsinin yaşadığı ev yanaraq kül olub (FOTO)

Bərdə. Aslan Məmmədli:

Bərdədə Ağdərə rayonundan olan keçmiş məcburi köçkün ailəsinin
yaşadığı ev yanaraq külə dönüb.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, ümumi sahəsi 120 kv.metr
olan evdə yanğın qısa zaman kəsiyində ətrafı bürüdüyündən evdən hər
hansı bir əşya çıxartmaq mümkün olmayıb.

Hadisə rayonunun Güloğlular kəndi ərazisində qeydə alınıb. Belə
ki, Ağdərə rayon sakininə məxsus evdə başlayan yanğın qısa müddətdə
ətrafı bürüyüb.

Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühafizə
hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil.

Teqlər: