Bərdədə ər arvadını bıçaqladı

Bərdədə ər arvadını bıçaqladı

Bərdədə ər arvadını bıçaqlayıb.

AzerTimes xəbər verir ki, hadisə axşam saatlarında Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə baş verib.

Məhəmməd adlı şəxs bir müddət əvvəl ondan ayrılaraq ata evinə gələn həyat yoldaşı Arzu adlı xanıma axşam saatlarında binanın blokunda bir neçə bıçaq zərbəsi endirib. Arzunun qışqırığına çıxan qonşuların müdaxiləsindən sonra Məhəmməd əlindəki bıçaqla binanı tərk edərək hadisə yerindən uzaqlaşıb.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Teqlər: