Bərdədə dəhşətli qəza: 4 nəfər öldü

Bərdədə dəhşətli qəza: 4 nəfər öldü

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: