Bərdədə avtoşluq edən sürücü həbs edildi – Video

Bərdədə avtoşluq edən sürücü həbs edildi – Video

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bərdə rayonu ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

AzerTimes xəbər verir ki, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi VAZ-2107 markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayon sakini Səməndər Xanoğlan oğlu Muradov saxlanılıb.

Polis əməkdaşları tərəfindən Səməndər Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum olunub və 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: