Bərdədə 50 yaşlı kişini maşın vurub öldürdü (FOTO)

Bərdə. Samir Əli – Trend:

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bərdə rayon Qarağacı kənd sakini 1990 – cı il təvəllüdlü Surxay Ağalarov idarə etdiyi “Vaz – 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1971- ci il təvəllüdlü Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: