Bərdədə 3 maşın toqquşdu: ölən var

Bərdədə 3 maşın toqquşdu: ölən var

Bərdə rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 19 radələrində rayonun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi VAZ-2121 markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb.

Araşdırma aparılır.

Teqlər: