Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün
Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika
Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Tərtər Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il
təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri
yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.