Bərdə sakinindən metamfetamin və heroin götürülüb

Xəbər - Samir Əli – Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş
tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şüb həli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil
olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elgiz Əzizov
saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman müxtəlif
qablaşdırmalarda metamfetamin və heroin aşkar edilərək
götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı
ilə E.Əzizov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri
seçilib.

Teqlər: