Bərdə bazarında 2 min kvadratmetrdən çox sahə yanıb (VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bərdə bazarında yanğın təqribən 5 min kvadratmetr ərazini əhatə edib, həmin sahənin 2 min 100 kvadratmetri yanıb.

AzerTimes-ın bölgə müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Tərtər yanğından mühafizə hissəsinin rəisi polkovnik Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, yanğının qarşısını almaq üçün 9 yanğınsöndürən avtomobil, 50-dən çox şəxsi heyət cəlb olunub. Yanğın tam söndürülüb:

“Bazarda obyektlərin çiy kərpicdən, taxta konstruksiyalardan olması və tikilinin qapalı olması yanğının söndürülməsində çətinlik yaradıb. Hadisə yerinə əlavə olaraq rayon ərazisindəki su maşınları da cəlb olunub”.


Twitter: @JeyhunAlakbar

Teqlər: