Bu gün Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə
başlanılıb.
Trend-in məlumatına görə, bunu özünün “Twitter”
səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
yazıb.
“Bu gün uzunluğu 45 km, eni 26.5 metr olan 4 hərəkət zolaqlı
olmaqla 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən Bərdə-Ağdam
yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılmışdır”, – deyə
E.Hüseynov bildirib.