İkitərəfli görüşümüzdə regiondakı vəziyyətlə bağlı müzakirələr apardıq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Almaniya şirkətləri Azərbaycana 810 milyon ABŞ dolları həcmində investisiya qoyub:
“Almaniyalı həmkarıma son 3 il ərzində Ermənistanla ölkəmiz arasında sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı ətraflı məlumat verdim”.