Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, hazırki geosiyasi böhran Şərqdə dinc nizam yaratmaq üçün yeni cəhd kimi istifadə edilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə DW məlumat yayıb.
O qeyd edib ki, Qəzza İsrailin varlığına təhlükə yaratmamalı, HƏMAS yaraqlıları silahlarını yerə qoymalıdırlar:
“Region davamlı zorakılıq dövrünə son qoymalıdır”.
Almaniyalı nazir vurğulayıb ki, Qəzza sakinlərinin daha çox humanitar yardıma ehtiyacı var.
Berbork İsraili Qəzzada mülki insanları qorumağa çağırıb:
“Bölgənin, eləcə də İordan çayının qərb sahilinin sakinlərinin təhlükəsizlik və öz müqəddəratını təyinetmə şəraitində yaşamaq şansına ehtiyacı var. Terrora qarşı müdafiə hüququ və məsuliyyəti olan İsrail hərbi əməliyyatlar zamanı mülki insanları daha yaxşı müdafiə etməlidir”.