Benzema bu klubla müqavilə imzalayacaq

Benzema bu klubla müqavilə imzalayacaq

Mövsümün sonunda “Real Madrid”dən ayrılacaq hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır.

AzerTimes xəbər verir ki, bu barədə əcnəbi jurnalist Fabrizio Romano məlumat verib.

Jurnalist bildirib ki, futbolçu gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcək.

Hər şey plana uyğun getsə, fransalı futbolçunun iyunun 7-də “Əl-İttihad”la müqavilə imzalaması gözlənilir.

Teqlər: