Bəluclar aksiya keçirir: “Urmiya gölünü məhv elədilər”

Bəluclar aksiya keçirir: “Urmiya gölünü məhv elədilər”

Sentyabrın 15-i günorta saatlarından etibarən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində yaşayan bəluclar növbəti etiraz aksiyasına başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar.

Cümə namazından sonra aksiya keçirən etirazçı bəluclar “Cazmuyan gölü kimi Urmiya gölünü məhv elədilər” məzmunlu plakat qaldırıb, azərbaycanlı ekofəallara dəstək nümayiş etdiriblər.

Həmçinin, aksiyaçılar “Siyasi məhbuslara azadlıq”, “Xamenei, bəluclara qarşı qırğını unutmayacağıq”, “Bəluc ayağa qalx, ya öl, ya azad ol” və başqa bu kimi şüarlar səsləndirirlər.

Şəhərdə internet və mobil telefon xidmətlərinin məhdudlaşdırıldığı bildirilir.

Qeyd edək ki, aylardır Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində cümə namazından sonra etiraz aksiyaları keçirilir.

Teqlər: