Belqoroda raket hücumu: Putinə məlumat verildi

Belqoroda raket hücumu: Putinə məlumat verildi

Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun yaşayış məntəqələrinə hücumu barədə məlumat verilib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində azı on nəfər ölüb, 45 nəfər yaralanıb”, – Kremldən verilən açıqlamada vurğulanıb.

Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.

Teqlər: