Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində altı “Toçka-U” TRK və altı “Olxa” RYAS raketini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün, yanvarın 3-də səhər saatlarında Kiyev rejiminin “Olxa” reaktiv yaylım atəş sistemi və “Toçka-U” taktiki raket kompleksi ilə Rusiya ərazisindəki hədəflərə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – deyə bildirilib.