Belqorod raket atəşinə tutuldu: yaralılar var – Video

Belqorod raket atəşinə tutuldu: yaralılar var – Video

Rusiyanın Belqorod şəhərinə raket hücumu edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, raketlərdən biri parklanma yerinə düşüb. Hazırda ərazidə bir neçə avtomobil yanır.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hava hücumundan müdafiə sistemləri Belqorod üzərində Ukrayna ordusunun RM-70 “Vampir” reaktiv yaylım atəş sistemlərinin 9 raketini zərərsizləşdirib.

Teqlər: