Bələdiyyələrlə bağlı hökumətə təkliflər verilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi,
bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və
ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə
bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini
Nazirlər Kabinetinə göndərib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.


Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar
məcəllələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında” və s qanunlara dəyişikliklər nəzərdə
tutulub.

Teqlər: