Bələdiyyə xərcləri yalnız elektron qaydada həyata
keçiriləcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən
təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər
Planında əksini tapıb.
Belə ki, fəaliyyət planında bələdiyyə gəlir və xərclərinin vahid
portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal
vasitəsilə həyata keçirilməsi, portalın açıqlığının təmin olunması
nəzərdə tutulur.
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Vahid Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliynə portalın qanunvericilik bazasının hazırlanması
tapşırılıb.