Oktyabrın 15-də gecə yarısından etibarən Brüsseldə QR kodla olan elektron icazə vərəqəsi tətbiq olunacaq. Həmin icazə olmadan vətəndaşlar artıq kütləvi tədbirlərə, xəstəxanalara və qocalar evlərinə, restoran və barlara, idman zallarına və gecə klublarına, eləcə də muzeylərə, teatrlara və kinoteatrlara gedə bilməyəcəklər.
AzerTimes-ın məlumatına görə, bu qərar Brüssel Federal Bölgəsi hökuməti tərəfindən ölkənin yetkin əhalisinin 69%-də ən aşağı vaksinasiya səviyyəsi və Belçikanın paytaxtında yeni xəstəlik dövrü riski ilə əlaqədar olaraq verilib.
Aİ-də təsdiq olunmayan vaksinlərlə peyvənd olunan insanlar bu sənədi ala bilməyəcək və rəsmi olaraq Brüsseldə peyvənd edilməmiş sayılacaq.
Bu icazə Brüssel və onun peyk şəhərlərində 16 yaşdan yuxarı bütün şəxslər üçün məcburidir.