ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

ABŞ -ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

Siyasətçinin nümayəndəsi Ancel Urena qeyd edib ki, B.Klinton xəstəxanaya infeksiyaya görə yerləşdirilib, lakin bu koronavirus deyil.


O əlavə edib ki, hazırda ABŞ -ın 42-ci prezidenti “sağalmağa doğru gedir və onun əhval-ruhiyyəsi yaxşıdır”.