Belçikanın baş naziri Aleksandr De Kroo Fransanın baş naziri Jan Kastekslə təmasdan sonra özünü təcrid edib. Bundan əvvəl J.Kasteksin verdiyi testin nəticəsi pozitiv çıxıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyi Belçika Nazirlər Kabinetinə istinadən bildirib.
Məlumata əsasən, A.De Kroo bu gün koronavirus ilə bağlı PCR testini verəcək, neqativ nəticəsi çıxana qədər baş nazir “karantində qalacaq”.
Bildirilib ki, ötən gün keçirilən ikitərəfli təhlükəsizlik görüşündə iştirak edən Belçika hökumətinin daha dörd üzvü “PCR testi verəcəklər və testlərin nəticəsi neqativ çıxana qədər karantində qalacaqlar”.