ABŞ-da avtomobil parad iştirakçılarının üstünə çıxıb, ölən və yaralananlar var

ABŞ-da Oukeşo şəhərində (Vinskonsin ştatı) yolsuzluq avtomobilinin Milad paradının iştirakçılarına üstünə çıxması nəticəsində yaralananların sayı, yenilənmiş məlumatlara görə, 48 nəfər olub.

AzerTimes-in məlumatına görə, bu barədə Oukeşo şəhərinin polis rəisi Deniel Tompson bildirib.

Bildirilib ki, onların arasında vəziyyəti ağır olan iki azyaşlı da var.


O deyib ki, hadisə nəticəsində daha 5 nəfər ölüb: “Əldə etdiyimiz məlumata görə, 48 nəfər yaralanıb, daha 5 nəfər həlak olub”.