Belçikanın Azərbaycandakı səfiri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov Belçika Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans ilə görüşüb.

Görüşdə yerli və Belçika şirkətləri arasında əməkdaşlığın
genişləndirilməsi üçün birgə təşəbbüslərə, Belçika və Avropa
İttifaqının müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsi və
təcrübə mübadiləsi məqsədilə KOBİA nümayəndələrinin Brüsselə
səfərinin həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.

Teqlər: