Belçikadan darmadağın, Ermənistan məğlub oldu

Belçikadan darmadağın, Ermənistan məğlub oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekunlaşıb.

AzerTimes xəbər verir ki, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib – 1:0.

Teqlər: