Belçikada inflyasiya avqust ayında 9,94 faizə yüksəlib. Bu, Belçika iqtisadiyyatı üçün 1976-cı ilin martından bəri ən yüksək göstəricidir.
AzerTimes xəbər verir ki, bu barədə Belçika Statistika İnstitutu məlumat yayıb.
Məlumata əsasən, avqustda qiymət artımı ən çox elektrik enerjisi, təbii qaz, çörək, taxıl məhsulları, geyim, desertlər, spirtli içkilər, mehmanxana xidmətləri, ət və fərdi qulluq məhsullarında olub.