Belçika Ukraynaya 5 milyon avro ayırır

Belçika Ukraynaya 5 milyon avro ayırır

Belçika Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 4,96 milyon avro məbləğində maliyyə yardımı ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə BVF-nin baş direktoru Kristalina Georgiyeva Tvitterdə yazıb.

Onun sözlərinə görə, bu vəsait BVF tərəfindən xüsusi yaradılmış və idarə olunan hesaba köçürülüb.

BVF rəhbəri Belçikanı əmin edib ki, bu hesabda yığılan vəsaitlər qrant və ya kreditlər şəklində Ukraynanın maliyyə sabitliyini dəstəkləməyə yönəldiləcək.

Teqlər: