Belarusun Baş naziri Gəncə avtomobil zavodunda olub, ikitərəfli əməkdaşlıq memarandumu imzalanıb (FOTO)

Gəncə şəhərində rəsmi səfərdə olan Belarus Respublikasının Baş
naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat
Birliyində olub.

Gəncə Avtomobil Zavodu İB-nın mətbuat xidmətinin məlumatına
görə, qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının Sədri Xanlar
Fətiyev müəssisənin fəaliyyəti barədə baş nazirə və digər belaruslu
nümayəndə heyətinə məlumat verib. Qeyd olunub ki 2006-ci ildə ölkə
başçısı cənab İlham Əliyevin Belarus respublikasına rəsmi səfəri
zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil
zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif
markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. Bu
günə qədər müəssisədə 12200-ə yaxın 8 modeldə traktor, 8 modeldə
müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal
edilərək təyinatı üzrə istifadəyə verilib. Bu avtomobillərin
yığımının 30-40 % -ni yerli istehsal təşkil edir.

Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-ci ildən
başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar”
zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı
zavodu, “Qomselmaş”, “Belkommunaş” açıq tipli səhmdar cəmiyyətləri
ilə sıx əməkdaşlıq edir. Zavodumuzda Belarus şirkətləri ilə birgə
əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və
traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan
dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların
yığımını həyata keçirılır.

Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarus Respublikasının
Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu
İB-i və Belarus müəssisələri arasında əməkdaşlıq memarandumu və
müqavilə imzalanıb. İlkin olaraq traktorların
komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu
İB nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun
dirüktoru V.Vovk imzalayıb. Sonra Belarusun Qomselmaş şirkətinin
dirüktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB nın
direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət memarandumunu
imzalayıblar.

Teqlər: