Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana
işgüzar səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti
bildirib.
Qeyd olunur ki, baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə
Avtomobil Zavoduna, “Caspian Agro” və “Interfood” beynəlxalq
sərgilərinə, eləcə də “İqlim” Elmi-İstehsalat Müəssisəsinə baş
çəkəcək.
Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar
dairələrinin biznes görüşləri planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)