Belarusdan Rusiyaya çağırış: İttifaq dövlətləri…

Belarusdan Rusiyaya çağırış: İttifaq dövlətləri…

Belarus və Rusiya yeni çağırışlar və təhdidləri nəzərə alaraq İttifaq Dövlətinin Təhlükəsizlik Konsepsiyasını yeniləməlidirlər.

AzerTimes xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

“Keçən il Rusiyanın yeni Milli Təhlükəsizlik Strategiyası təsdiq edildi. Bu il biz Belarus Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası üzərində işi başa çatdırırıq. Təbii ki, İttifaqın Təhlükəsizlik Konsepsiyası üzərində düzəlişlərin və dəyişikliklərin vaxtı çatıb. Çünki biz birlikdə ölkələrimizin milli təhlükəsizliyinə qarşı bugünkü müasir təhdidlərə qarşı mübarizə mexanizmlərini inkişaf etdiririk”-, o bildirib.

Teqlər: