Belarus “Vaqner” kimi özəl hərbi şirkət qurur

Belarus “Vaqner” kimi özəl hərbi şirkət qurur

Belarus “QardServis” özəl mühafizə şirkəti əsasında Rusiyanın “Vaqner”nə analoq yaratmağa hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu Svetlana Tixanovskayanın Birgə Keçid Kabinetinin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə üzvü Valeri Saxaşçik deyib.

O bildirib ki, son zamanlar “QardServis” işçilərinin sayı əhəmiyyətli dərəcədə artıb:

“İndi şirkətdə mindən çox adam ola bilər. Bir neçə aydır ki, hazırlıq və işə qəbul prosesi gedir. Heyət Belarusun hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölmələrində xidmət edən zabitlər, gizirlər, çavuşlar və əsgərlər hesabına artırılıb”.

Saxaşçik qeyd edib ki, “QardServis”əməkdaşları Belarusun bir neçə poliqonunda təlim keçir:

“Mən bilirəm ki, 5-ci Əlahiddə Ümumqoşun Briqadasının zabitləri öz poliqonlarında onlara təlim keçir. Şirkət keçmiş Dinamo xüsusi təlim mərkəzinin bazasını da ələ keçirib, orada da aktiv əməliyyatlar aparılır. “QardServis” əməkdaşları Rusiyanın “Vaqner”i kimi təxribat və kəşfiyyat qruplarında və hücumlarda istifadə edilə bilər”.

Teqlər: