Belarus tələb etdi, ukraynalı deputat saxlanıldı

Belarus tələb etdi, ukraynalı deputat saxlanıldı

Moldova sərhədçiləri Ukrayna Ali Radasının bitərəf deputatı Yevgeni Yakovenkonu saxlayıblar. Belarusun ukraynalı siyasətçini beynəlxalq axtarışa verdiyi iddia edilir.

AzerTimes xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Məlumata görə, İnterpolun Kişinyovdakı bürosunun rəhbəri Viorel Tentu bildirib ki, rəsmi Minsk xalq deputatını rüşvətxorluqda və korrupsiyada ittiham edir. Bununla bağlı Belarus onun həbsini və ekstradisiyasını tələb edir.

Teqlər: