Belarus SSR-in keçmiş rəhbəri Nikolay Slyunkov 94 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Kommunist Partiyası məlumat yayıb.
Qeyd edək ki, Slyunkov Belarusiyanın Qomel vilayətində anadan olub. Ali təhsilini Minsk Avtomobil Texnikumu, Belarus Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda alıb. 1983-1987-ci illərdə o, Belarus Kommunist Partiyası Minsk şəhər komitəsinin birinci katibi kimi vəzifəsində çalışıb.