Belarus ŞƏT-in tamhüquqlu üzvü olur

Belarus ŞƏT-in tamhüquqlu üzvü olur

Belarusa ŞƏT-in tamhüquqlu üzvü statusunun verilməsi proseduruna başlayırıq.

AzerTimes xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev deyib.

“Biz Misirə, Qətərə dialoq üzrə tərəfdaş statusunun verilməsi haqqında memorandumun imzalanmasını alqışlayırıq. Bəhreyn, Maldiv adaları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Myanma da dialoq üzrə tərəfdaş statusu alacaq. Bundan əlavə, biz Belarus Respublikasına ŞƏT-in tamhüquqlu üzvü statusunun verilməsi proseduruna başlayırıq”, – Mirziyayev bildirib.

O, həmçinin qeyd edib ki, ŞƏT-in qeyri-blok statusu onun tərkibini genişləndirməyə imkan verir və sentyabrın 16-da təşkilatın tamhüquqlu üzvü kimi İran üçün öhdəliklər haqqında memorandum imzalanacaq.

Teqlər: