Belarus Rusiya ilə Ukrayna arasında danışıqlar üçün uyğun məkandır – Putin

Belarus Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində
gələcək təmaslar üçün uyğun məkandır.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin belaruslu
həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib.

“Mən danışıqların bir neçə mərhələsinin təşkilinə görə belaruslu
həmkarlara təşəkkür etmək istəyirəm. Ukrayna tərəfi ilə birbaşa
dialoqa Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi səyləri
sayəsində başlamaq mümkün oldu. Hesab edirik ki, Belarus gələcək
təmaslar üçün də uyğun məkandır”, – deyə V.Putin bildirib.

(Tərcümə: Orxan Nəbiyev)