Belarus qırıcıları Ukrayna sərhədində havaya qalxdı

Belarus qırıcıları Ukrayna sərhədində havaya qalxdı

Rusiya və Belarus hərbi təyyarələrinin Ukrayna sərhədi yaxınlığındakı Rujanski poliqonunda birgə təlim uçuşu həyata keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Belarus və Rusiya silahlı qüvvələrinin birgə taktiki-uçuş təlimi çərçivəsində uçuş heyətləri Rujanski poliqonunda döyüş tapşırıqlarını yerinə yetirirlər”, – nazirliyin bəyanatında deyilib.

Bildirilib ki, təlimlərdə qırıcılar, bombardmançılar, kəşfiyyat təyyarələri iştirak edir.

Teqlər: