Belarus ordusu ruslarla birgə hücuma hazırlaşır

Belarus ordusu ruslarla birgə hücuma hazırlaşır

Belarus ordusu Rusiyanın köməyi olmadan Ukraynada irəliləyə bilməyəcək. Ona görə Kreml batalyon taktiki qruplarının üçdə birini ehtiyatda saxlayır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Hazırda Belarus ordusunda Ukrayna sərhədləri yaxınlığında rotasiya əsasında yerləşdirilən cəmi yeddi batalyon var”, – idarənin məlumatında bildirilib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin sözlərinə görə, hazırda Rusiya Federasiyasının xüsusi təyinatlı qüvvələrinin ayrı-ayrı bölmələri Belarusun xüsusi əməliyyat qüvvələrinin bölmələri ilə birlikdə Ukrayna ərazisində əməliyyatların hazırlanması ilə bağlı birgə təlimlər keçirir. Təlim bütün sərhəd xətti boyunca davam edir.

Teqlər: