Belarus idmançıları Bakıda keçirilən Dünya Kubokunun sinxron tullanma proqramında qızıl medal qazanıblar

Xəbər - Cani Babayeva – Trend:

Belarus idmançıları Andrey Buylov və İvan Litvinoviç Bakıda
batut gimnastikası üzrə Dünya Kubokunun kişilər arasında sinxron
tullanma proqramında qızıl medal qazanıblar.

AzerTimes-ın məlumatına görə, gimnastlar 52.810 xal toplayıblar.

Gümüş medalı Danil Kasimov və Kirill Kozlov (Rusiya, 50.820
xal), bürünc medalı isə Dioqo Abreu və Pedro Ferreyra (Portuqaliya,
49.960 xal) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: