Belarus idmançı İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda birinci yeri tutub

Xəbər - Cani Babayeva – Trend:

Belarus idmançı İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə
Dünya Kubokunda kişilər arasında fərdi proqramda birinci yeri
tutub.

Trend-in
məlumatına görə, gimnast 61.850 bal toplayıb.

İkinci yeri Andrey Buylov (Belarus, 60.800 bal), üçüncü yeri isə
Danil Mussabayev (Qazaxıstan, 58.890 bal) tutublar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.


İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: